BMU-da tələbələr üçün uğura gedən yol mövzusunda təlim təşkil edilib

18 Aprel 2024
BMU-da tələbələr üçün uğura gedən yol mövzusunda təlim təşkil edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti, həmçinin Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı ilə tələbələr üçün növbəti təlim keçirilib.

Tədbirdə mentor, təlimçi Fatma Sedef Kaynarkan “Uğura gedən yolda addımlamaq”, psixoterapevt, həyat kouçu Roza Şıxlinskaya isə “Arzuları həyata keçirməyin yolları” mövzusunda çıxış ediblər.

Çıxışlarda hədəflərin düzgün müəyyənləşdirilməsi, qoyulan məqsədlərə çatmaqda çətinliklərin, eyni zamanda gələcəklə bağlı qərarsızlığın aradan qaldırılması, arzulara fokuslanmaq, özünə inamın gücləndirilməsi, uğura gedən yolda stimulverici amillər və s. vurğulanıb.

Auditoriya ilə interaktiv formatda keçirilən tədbirdə tələbələr onlara ünvanlanan sualları cavablandırıb, müxtəlif tapşırıqları icra ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər