Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Gənc mühasiblər klubu”nun təşkilatçılığı ilə mühasibatlıq mövzusunda “Nəzəriyyədən praktikaya” adlı təlim keçirilib.
Klubun sədri Şəmistan Nəsibov tədbirin iqtisadiyyat üzrə təhsil alan tələbələrin biliklərinin artırılmasında əhəmiyyətini qeyd edib, mühasibatlıq sahəsində tanınmış mütəxəssislərin nəzəri və təcrübi fikirlərinin faydalı olduğunu vurğulayıb.
Sonra mühasibatlıq sahəsi üzrə mütəxəssis Babək Vəliyev tələbələrə mühasibat uçotu, onun iqtisadiyyatda rolu ilə bağlı təlim keçib. Mühasibat uçotunun əsasları, habelə müxtəlif sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarından danışan təlimçi öz iş təcrübəsini bölüşüb.
Təlim zamanı mühasibatlığın qanunvericilik bazasından, beynəlxalq standartlar üzrə inkişafından da bəhs edilib, həmçinin iqtisadiyyatla onun qarşılıqlı əlaqəsi, eləcə də mühasiblə baş mühasibin işi arasındakı fərqlər izah olunub, habelə maliyyə hesabatlılığının müxtəlif prinsiplərinə toxunulub.
Sonda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi