Bakı Mühəndislik Universitetində (BMU) 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
Bakalavr və magistrlər üçün dekabrın 29-dan start götürən imtahanların təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə hər hansı şikayətin operativ araşdırılması məqsədilə bütün zəruri tədbirlər görülüb.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar imtahanların təşkili nəzərdə tutulub.
İmtahanlar fevral ayının 1-dək davam edəcək.
Qiyabi təhsilalma forması üzrə imtahanlar isə fevralın 10-da başlamaqla bir həftə müddətində keçiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi