BMU-da Kapital Bank tərəfindən tələbələr üçün təlim

17 Noyabr 2025
BMU-da Kapital Bank tərəfindən tələbələr üçün təlim

Bakı Mühəndislik Universitetinin (BMU) “Kapital Bank otağı”nda tələbələr üçün növbəti praktiki yönümlü təlim keçirilib.  

Kapital Bank tərəfindən təşkil olunan təlimdə İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının III və IV kurs tələbələri iştirak ediblər.

Təlimçi BMU məzunu, Kapital Bankın Proqram mühəndisliyi ekspert mərkəzinin funksional lideri Valeh Əsədov mobil bankçılıq sahəsində yeniliklər, mobil tətbiqlərin hazırlanması, bu istiqamətdə karyera imkanları barədə iştirakçılarla bilik və təcrübəsini bölüşüb.   

Təlim zamanı real iş mühitindən nümunələr təqdim olunub, tələbələrin sualları cavablandırılıb.

BMU-nun  Kapital Bank ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu tip  təlimlər tələbələrin praktik bacarıqlarının artırılmasına, onların iş dünyasına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək verir.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər