BMU-da İngiltərədə yaşayan həmyerlimizlə görüş keçirilib

18 Sentyabr 2019
BMU-da İngiltərədə yaşayan həmyerlimizlə görüş keçirilib

    İngiltərədə yaşayan həmyerlimiz Dr.Yaşar Togay (Rahman Khatibi) Bakı Mühəndislik Universitetinin Tərcümə və ingilis dili kafedrasının qonağı olub. Kafedra tərəfindən təşkil olnunan görüşdə Y.Togay Azərbaycan ədəbiyyatından xüsusilə M.Şəhriyar, S.Vurğun, S.Behrəngi yaradıcılığından ingilis dilinə tərcümə etdiyi şeirlər nümunəsində qazandığı təcrübələrini tələbələrlə bölüşüb.

    Görüşdə Azərbaycan ədəbiyyatını geniş oxucu kütləsinə çatdırılması məqsədilə ədəbiyyatımızın ingilis dilinə tərcümə edilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayan kafedra müdiri dosent Natiq Adilov, habelə tərcümə zamanı tez-tez rastlanan aktual problemlərə toxunmuşdur. Görüş tələbələrin sualları və qarşılıqlı müzakirələr əsasında davam edib.

     Sonda qonağa universitet tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər