BMU-da “IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu keçiriləcək

06 Sentyabr 2022
BMU-da “IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) cari ilin 9-11 sentyabr tarixlərində Türkiyənin memarlıq sahəsində aparıcı ali təhsil ocaqları ilə birgə “IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu keçiriləcək (https://www.izdas.org/mimarlik-bilimleri).

Simpozium Türkiyə, Yaponiya, Ukrayna, Qazaxıstan və Azərbaycanı pedaqogika, tədqiqat və ictimai proqramlaşdırma sahələri ətrafında birləşdirən İKSAD təşkilatının dəstəyi, Türkiyənin "Arxitektura bilikləri və proqramları" jurnalının təşkilatçılığı ilə rellaşacaq. “IArcSAS” memarlıq və arxitektura elmləri sahəsində qabaqcıl tədqiqatların təqdim edilməsi, qarşılıqlı təcrübələrin bölüşdürülməsi üçün beynəlxalq səviyyəli platformadır.

Bir çox sahələr üzrə mövzuları, o cümlədən planlaşdırma, dizayn, sosiologiya, turizm, iqlim dəyişikliyi, ağıllı və ekoloji şəhərlər, texnologiya, memarlıq elmlərinin gələcəyi, iqtisadiyyat və s. istiqamətləri əhatə edən tədbirdə dinlənilən məruzələr “e-Simpozium Kitabı”nda, bir sıra elmi jurnallarda, o cümlədən “Memarlıq elmləri və təcrübələri” jurnalı, “Journal of Interior Architecture and Academy”, “Journal of Spatial Planning and Design”, Türkiyə Peyzaj Araşdırmaları jurnalı və c. mənbələrdə nəşr olunacaq.

Beynəlxalq toplantıda BMU, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Şimali Arizona Universiteti, Monteneqro Universiteti, Polşanın Varşava Universiteti, Türkiyənin Onsekiz Mart Universiteti, Ege Universiteti, Eskişehir Texniki Universiteti, Qazi Universiteti, İstanbul Okan Universiteti, Qara Dəniz Texniki Universiteti, İzmir İqtisadiyyat Universiteti, Konya Necmettin Erbakan Universiteti, Tekirdağ Namiq Kamal Universiteti və s. tanınmış ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir. İşçi dili ingilis və türk dillərində nəzərdə tutulan simpoziuma canlı iştirakla bərabər, onlayn qoşulmaq da mümkün olacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər