BMU-da Dünya Robot Olimpiadası haqqında infosessiya

25 Dekabr 2023
BMU-da Dünya Robot Olimpiadası haqqında infosessiya

Bakı Mühəndislik Universitetində (BMU) Dünya Robot Olimpiadası və olimpiadaya qeydiyyat prosesi haqqında infosessiya keçirilib.

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən təşkil edilən infosessiyada universitetin Mühəndislik fakültəsinin tələbələri iştirak edib.

Tədbirdə bildirilib ki, olimpiadanın finalı ilkin olaraq Azərbaycanda, beynəlxalq mərhələ isə Hindistanın Dehli şəhərində keçiriləcək. Azərbaycanda qalib gələn komandalar Hindistanın Dehli şəhərində baş tutacaq beynəlxalq mərhələdə iştirak üçün vəsiqə qazanacaqlar.

Olimpiadaya 5 kateqoriya-uzaqdan idarə edilən robotların döyüşü (WRC BotsCombat), uçuş aparatlarının hazırlanması və idarəedilməsi (WRC RC Craft), dron yarışları (WRC Drone), uzaqdan idarə edilən sürət yarış robotları (WRC RoboSoccer), layihə yarışları (WRC Innovation Contest) üzrə layihələr qəbul edilir.

Azərbaycan finalında iştirak etmək istəyənlər aşağıdakı səhifəyə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/C7hyJGBriJjRhPjHA

Qeydiyyat üçün son tarix 31 yanvar 2024-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər