BMU-da “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

02 May 2025
BMU-da “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

22 may 2025-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) növbəti “CareerFest BEU 2025” adlı açıq karyera festivalı keçiriləcək.

Tələbələr üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı yaradacaq tədbir gənclərin öyrənmə maraqlarına uyğun gerçəkləşdiriləcək. Yeni rəng, yeni nəfəs, yeni maraqlar qatılan və açıq havada baş tutacaq festivalda gənclər interaktiv fəaliyyətlər, musiqili qonaqlar, oyunlar və əyləncəli təcrübələrlə dolu bir gün yaşamaq imkanı əldə edəcəklər.

BMU ilə yanaşı, ölkənin digər universitetlərindən minlərlə tələbə və məzun üçün açıq olan genişmiqyaslı innovativ “CareerFest BEU 2025”də iştirak etmək istəyən dövlət və özəl sektora aid müxtəlif qurumlar 6 may tarixinə kimi https://careerfest.az/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Həmçinin, BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinə müraciət etmək mümkündür.

Digər xəbərlər