Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyəti Astara rayonunda keçirilən ilin yekun Aqrar İnnovasiya Festivalında iştirak edib.
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin Elm və innovasiya şöbəsi, o cümlədən müəllim və tələbə heyəti müxtəlif innovativ layihələrlə çıxış ediblər.
“Astaraçay” emal müəssisənin ərazisində baş tutan festivala Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və digər rəsmilər qatılıblar.
BMU-nun innovativ layihələri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin, eləcə də digər dövlət qurumlarının tərəfdaş olduğu festivalda məhsul istehsalçıları kənd təsərrüfat təyinatlı məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.
Kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyaların, həmçinin müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi