“Bakcell”də iş imkanları ilə bağlı infosessiya

10 Mart 2025
“Bakcell”də iş imkanları ilə bağlı infosessiya

Bakı Mühəndislik Universitetində (BMU) “Bakcell şirkətində iş imkanları” mövzusunda tələbələr üçün infosessiya keçirilib.

Şirkətin layihələrin hazırlanması üzrə mütəxəssisi Hacı Qafarov  tədbirdə çıxış edərək “Bakcell” haqqında ümumi məlumat verib, daha sonra tələbələr üçün həyata keçirilən proqramları diqqətə çatdırıb. Bildirib ki, iş və təcrübə fürsəti yaradan belə proqramlarda məqsəd tələbələrə internet istifadəsini asanlaşdırmaq, onların iş təcrübəsini artırmaq və şirkət üçün yeni, potensial namizədlər hazırlamaqdan ibarətdir.

İnfosessiya zamanı bildirilib ki, “Bakcell” şirkətində iş fəaliyyətinə başlayan namizədə  3 ay ərzində 5GB internet təqdim ediləcək və ya yeni Bakcell nömrəsi verilərək həmin nömrəyə 5GB internet aktivləşdiriləcək.  İş saatları isə tələbənin istəyinə uyğun olaraq təyin ediləcək.  Əlavə olunub ki, bu fürsətlərdən yararlanmaq istəyən tələbələrə təcrübələrinin artırılması məqsədilə şirkət tərəfindən həftədə bir dəfə təlimlər keçiriləcək. 

Sonda tələbələri maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər