Kolumbiya Universitetinin professoru Frederik Mişkin və Şərqi Karolina Universitetinin professoru Stenli İkinsin həmmüəllifi olduğu “Maliyyə bazarları və institutları” kitabı “Paşa Holding”in təhsilin inkişafına dəstək proqramı çərçivəsində Azərbaycan dilinə tərcümə ilə çapdan çıxıb.
Elm və Təhsil Nazirliyinin xətti ilə nəşr müvafiq sayda Bakı Mühəndislik Universitetinin (BMU) kitabxanasına daxil olub.
Amerika alimlərinin bu maraqlı dərs vəsaiti maliyyə bazarlarının əsas prinsipləri, institutların strukturu və fəaliyyət mexanizmlərindən bəhs edir. İqtisadiyyat, maliyyə və idarəetmə sahələrində təhsil alan tələbələr, eləcə də akademik heyət üçün nəzərdə tutulmuş nəşr nəzəri biliklərin zənginləşməsinə, həmçinin praktikada möhkəmlənməsinə geniş imkanlar yaradır.
Tələbələr BMU kitabxanasına müraciət edərək “Paşa Holding”in bu dəyərli hədiyyəsindən yararlana bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi