Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti ilə Access Bank ASC-nin Kiçik və orta biznes müştəriləri üzrə direktoru Niyaməddin Bayramov və HR mütəxəssisi Aygün İbrahimova arasında görüş keçirilib.
Görüşün əsas məqsədi BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsini yeni bitirən bakalavr tələbələrini və hazırda həmin fakültədə təhsil alan magistr tələbələrini bankın Kiçik və orta biznes müştəriləri sahəsində aktiv vakansiyalara cəlb etməkdir.
Görüşdə şirkət və universitet arasında qeyd olunan sahə üzrə əməkdaşlığın önəmindən və perspektivlərindən danışılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi