Professor-müəllim heyətinin nəzərinə!

04 Oktyabr 2024
Professor-müəllim heyətinin nəzərinə!

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Roma Sapienza Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə çağırışı elan edir. Müsabiqə 2024/2025-ci tədris ili üçün nəzərdə tutulub.

Sənəd qəbulu üçün son tarix: 17.10.2024

Müsabiqədə iştirak edən namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:

-      BMU əsas iş yeri olmalı və ingilis dilində tədris etməli;

-      Tərcümeyi-hal (CV);

-      Tədris edilməsi nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

-      Motivasiya məktubu;

-      Nəşrlərin siyahısı;

-      Roma Sapienza Universiteti Professorlarından biri tərəfindən imzalanmış dəvət məktubu;

-      Mobillik Müqaviləsi (Mobility Agreemant for Teaching ).

   

Qeyd: Tələb edilən sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).

Sənədləri Qeydiyyat linki vasitəsilə göndərməyiniz xahiş olunur.

Digər elanlar