“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun vebinarı keçiriləcək

04 Fevral 2021
“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun vebinarı keçiriləcək

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Club) “Android Study Jam” adlı  vebinarı təşkil olunacaq.

5 fevral 2021-ci il tarixində saat 16:00-da keçiriləcək tədbiri klubun feysbuk (Developer Student Club - Baku Engineering University) səhifəsində izləmək mümkündür. “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun qrup rəhbəri Nicat Mehdiyevin moderatorluğu ilə baş tutacaq tədbirin qonağı Android proqramçısı Sweta Patel olacaq.

İngilis dilində baş tutacaq tədbirə proqramlaşdırma sahəsində yeni olanlar, həmçinin Android proqramlaşdırma ilə maraqlanan hər kəs qoşula bilər.

Tədbirdə, eyni zamanda, Kotlin proqramlaşdırma dili üzrə təlim keçiriləcək.

Digər elanlar