Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!
Abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbulu haqqında əmr Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəbə göndərilməyəcək.
Aşağıda qeyd olunan sənədlər dərslər başlayanda BMU-ya təqdim edilməlidir.
1. Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Rəsmi sənədlər üçün çəkilmiş 3x4 ölçüdə rəngli fotoşəkil (2 ədəd);
4. Sağlamlıq haqqında arayış (forma 086);
5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün).
Qeyd: Yeni qəbul olunan tələbələr 14 sentyabr saat 10:00-da universitetdə keçiriləcək tanışlıq və məlumatlandırma görüşünə dəvət olunur.
BMU-nun sənəd qəbulu komissiyası ilə əlaqə:
Telefon: (012) 349 99 95 ( I-V günlər saat 10:00-17:00, fasilə 13:00-14:00)
E-mail: qeydiyyat@beu.edu.az
Facebook: www.facebook.com/beu.edu.az
Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr
1. Məcburi köçkün statusu olan tələbələr;
2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 23 yaşadək tələbələr;
5. Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
6. Müharibə veteranları.
Tələbələr təhsil haqqı ödənişindən azad olunmaq üçün ərizə ilə birlikdə aşağıda qeyd olunan sənədlərli komissiyaya təqdim etməlidirlər.
I. Məcburi köçkün statusu olan tələbələr:
1. Notarial qaydada təsdiq olunmuş tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsinin (cari ilin sonunadək möhür vurulmuş) surəti;
2. Şəxsiyyət vəsiqəsinin surəti.
II. Şəhid ailəsinin üzvü olan tələbələr:
1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır
III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsinin surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
3. Şəxsiyyət vəsiqəsinin surəti.
III (a). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
1. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
3. Şəxsiyyət vəsiqəsinin surəti.
V. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:
1. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti.
Qeyd: Əlillik bardə təqdim olunan sənədlər müddətlidirsə, tələbəyə imtiyaz həmin müddətə qədər verilir.
V. Müharibə veteranları:
1. Notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə verilmiş “Müharibə veteranı” vəsiqəsinin sirəti;
2. Şəxsiyyət vəsiqəsinin surəti.