“Agile, Scrum və Design Thinking” mövzusunda növbəti “UniTalks” görüşü

13 Aprel 2020
“Agile, Scrum və Design Thinking” mövzusunda növbəti “UniTalks” görüşü

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 13 aprel 2020-ci il tarixində “Agile, Scrum və Design Thinking” mövzusunda növbəti “UniTalks” görüşü keçiriləcək.

İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun moderatorluğu ilə Feysbuk üzərindən saat 19:00-da başlayacaq görüşün türkiyəli qonaqları Enterprise Agile Coach Zülfikar Karakaya və Design Thinking Coach Burcu Karakaya olacaq. Görüşdə mövzu ətrafında dünyada və Türkiyədə olan təcrübədən danışılacaq.

Qeyd edək ki, ölkədə yaranmış mövcud vəziyyət ilə əlaqədar Texnopark və İnnovasiya Mərkəzi “UniTalks görüşləri onlayn şəkildə keçirməyə başlayıb. 

Digər elanlar