BMU Texnoparkı haqqında
BMU Texnoparkı Bakı Mühəndislik Universitetinin tabeliyində yaradılmış və ölkədə ali təhsil müəssisələri arasında fəaliyyətə başlayan ilk texnoparklardan biridir. Texnoparkın əsas məqsədi tədqiqat və inkişaf, texnoloji innovasiya, sahibkarlıq və innovativ layihələrin dəstəklənməsi məqsədi daşıyan strateji bir strukturdur. Texnoparkın tərkibində Texnologiyaların Transferi Mərkəzi (TTM) və İnkubasiya Mərkəzi fəaliyyət göstərir.
Texnoparkın, o cümlədən TTM-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Tədqiqat və inkişaf fəaliyyətlərini təşviq etmək, həmçinin bu sahədə çalışan akademik heyətə dəstək vermək, o cümlədən riskləri azaldan strategiyalar formalaşdırmaq;
- İnvestorlar, o cümlədən iş dünyasının tədqiqatçılarla əməkdaşlığını təşkil etmək və biznesə əlavə dəyər qazandırılmasını təmin etmək;
- Sahibkarlıq, innovasiya, startap, R&D və əqli mülkiyyət hüquqları üzrə təbliğat işləri və təlimləri təşkil etmək;
- Tədqiqatçılar, startaplar və sahibkarlara həm ölkə daxilində, həm də xaricdə qüvvədə olan patent sənədlərinin alınmasında köməklik göstərmək;
- Peşəkar mütəxəssislərlə şirkətlər və startaplar arasında əlaqəni formalaşdırmaq;
- Patent, əqli mülkiyyət hüquqları, lisenziyalaşdırma, akademik əsaslı yeni şirkətlərin yaradılması üçün təşviqlər etmək, bu məqsədlə bazarın araşdırılması, təsis kapitalı və ya toxum investisiyanın tapılması, eləcə də layihənin maliyyələşdirilməsi üzərində iş apararaq, sənaye və universitetləri ehtiyaclara uyğun istiqamətləndirmək.
İşlərin səmərəli təşkili və məqsədlərə nail olmaq üçün Texnopakda fəaliyyətlər 5 modul üzrə həyata keçirilir. Hər bir modul üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri isə aşağıdakı kimidir:
Modul 1. Fərqindəlik, təqdimat, maarifləndirmə və təhsil xidmətləri
- Maarifləndirmə və təbliğat tədbirlərini təşkil etmək;
- Tədqiqat və inkişaf sahəsində qazanılmış uğur hekayələrinin paylaşılması məqsədilə vebinar, seminar, panel, forum və konfransları təşkil etmək;
- Müxtəlif proqram və layihələr haqqında məlumatlandırmanı təşkil etmək;
- Müvafiq jurnal, bületen, broşür, kataloq və bu kimi materialları hazırlamaq və yaymaq;
- Layihə dəstək fondları, əqli mülkiyyət hüquqları, patent və lisenziyalaşdırma, startap, innovasiya və sahibkarlıq mövzularında təlim və mentorluq xidmətlərini təşkil etmək.
Modul 2. Dəstək proqramlarından faydalanmağa yönəlmiş xidmətlər
- Milli və beynəlxalq layihə, qrant çağırışlarını tədqiqatçıların elektron ünvanlarına göndərmək;
- Veb səhifə, sosial media və digər vasitələrdən istifadə etməklə maraqlı tərəfləri davamlı məlumatlandırmaq;
- Milli və beynəlxalq çağırışlara müraciət etmək məqsədilə tədqiqatçılara və firmalara akademik və texniki-inzibati dəstək vermək;
- Milli və beynəlxalq qrant dəstək proqramlarına müraciət etmək üçün layihənin hazırlanması və yazılmasına dəstək vermək;
- Əlavə dəstək mexanizmlərinin işlənməsi və tapılması istiqamətində məsləhət xidmətlərini təşkil etmək, eləcə də yeni cəhdlər göstərmək.
Modul 3. Elm-təhsil və biznes əməkdaşlığı
- Biznes və ya sənayenin gözlənti, eləcə də ehtiyaclarını təyin etmək üçün tədqiqat, müzakirə, konfrans və digər tədbirləri təşkil etmək;
- Universitet-sənaye əməkdaşlığını təşviq və təşkil etmək;
- Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə tələb və ehtiyaclara uyğun təşkilatlanma işlərini təşkil etmək;
- Bazarın dəstəkləri ilə tədqiqat və inkişaf proqram və layihələrini təşkil etmək;
- Sənaye əhəmiyyətli tədqiqat və inkişaf proqram və layihələrini dəstəkləmək;
- İş fikirləri və innovasiya layihələrinin sənayeçilərə təqdim olunması məqsədilə müxtəlif tədbirləri təşkil etmək.
Modul 4. Əqli mülkiyyət və lisenziyalaşdırma xidmətləri
- Patent və faydalı modelin yazılması, əqli mülkiyyətin təmini məqsədilə müraciətin edilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinə dəstək vermək;
- Elm-təhsil müəssisələri, patent təşkilatları, texnoparklar, akselerasiya və inkubasiya mərkəzləri ilə tərəfdaşlıq etmək və ehtiyaclara uyğun dəstək mexanimzlərini təşkil etmək;
- Tərəfdaşların patent və lisenziyalaşdırma əməliyyatlarına dəstək vermək məqsədilə milli və beynəlxalq təşlkilatlarla görüşlər keçirmək, bununla bağlı müvafiq təqdimatlar etmək;
- Əqli mülkiyyət və lisenziyalaşdırma işlərində tərəfdaşlara akademik və texniki-inzibati dəstəklər təşkil etmək.
Modul 5. Şirkətləşmə və sahibkarlıq xidmətləri
- İnkubasiya və akselerasiya ximdətləri təşkil etmək;
- İdeya və layihə müəllifləri ilə investorların əməkdaşlığını təşviq və təşkil etmək;
- Tədqiqatçıların və tələbələrin şirkət qurmaq fəaliyyətlərinin asanlaşdırılması üçün mexanizmlər qurmaq və təklif etmək;
- Tədqiqat və inkişafa əsaslanan firmaların sayını artırmaq və bu firmaların davamlılığının təmini üçün tədbirlər təşkil etmək;
- Tədqiqat və inkişafa əsaslanan firmaların əməkdaşlığını təmin etmək;
- Lisenziya və hissə satışı edərək, tədqiqatçılara gəlir təmin etmək;
- Biznes təşəbbüskarlığı və startap mədəniyyətini inkişaf etdirmək.
Həyata keçirilən bəzi layihələr:
1. İnkubasiya proqramları https://beu.edu.az/az/article/new-startups-of-beu-students-presented-2039
2. “My technology” layihəsi https://www.facebook.com/mytechnology.az
3. “Rəqəmsal transformasiyada tədqiqat və inkişaf meneceri”nin hazırlanması layihəsi https://beu.edu.az/az/article/bmu-da-tedqiqat-ve-inkisaf-menecerlerinin-hazirlanmasi-ile-bagli-telimler-basa-catib-2176
4. İT layihələrinin idarə olunması/startap bacarıqları layihəsi
5. “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” layihəsi https://www.facebook.com/groups/1200256157934641
BMU Texnoparkı ilə əlaqə:
Email: technopark@beu.edu.az
Tel: +994 12 349-99-66/67 (daxili: 3-204, 3-210, 5- 013)
BMU Texnoparkının sosial şəbəkə səhifələri
https://www.facebook.com/beutechnopark/
https://www.instagram.com/texnoparklife/
https://www.linkedin.com/company/beutechnopark/?originalSubdomain=az