BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ 2025/2026-CI TƏDRİS İLİNDƏ TƏKRAR ALİ TƏHSİL ALMAQ ÜÇÜN SƏNƏD QƏBULU ELAN EDİR

Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.

İxtisasın adı Azərbaycan bölməsi İngilis bölməsi
    əyani qiyabi əyani
1 Dekorativ - tətbiqi sənət (bədii keramika, süsə, xalça, bədii toxuculuq) +    
2 Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) +   +
3 Beynəlxalq ticarət və logistika + +  
4 Biznesin idarə edilməsi + + +
5 Dövlət və bələdiyyə idarəetməsi + +  
6 İqtisadiyyat + + +
7 Maliyyə + + +
8 Marketinq + +  
9 Mühasibat + + +
10 Biotexnologiya +    
11 Fizika     +
12 Kimya +   +
13 Kompüter elmləri +   +
14 Riyaziyyat     +
15 Data analitikası     +
16 Ekologiya mühəndisliyi +   +
17 Elektrik və elektronika mühəndisliyi +   +
18 Energetika mühəndisliyi +    
19 İnformasiya texnologiyaları   +   +
20 İnformasiya təhlükəsizliyi +   +
21 İnşaat mühəndisliyi +    
22 Kimya mühəndisliyi +   +
23 Kommunikasiya sistemləri mühəndisliyi +    
24 Kompüter mühəndisliyi +   +
25 Qida mühəndisliyi +    
26 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi +   +
27 Maşın mühəndisliyi +    
28 Mexanika mühəndisliyi +   +
29 Mexatronika və robototexnika mühəndisliyi +    
30 Memarlıq +   +
31 Nəqliyyat mühəndisliyi +    
32 Nəqliyyat tikintisi mühəndisliyi +    
33 Proseslərin avtomatlaşdırılması mühəndisliyi +   +
34 Radiotexnika və telekommunikasiya mühəndisliyi +    
35 Sənaye mühəndisliyi +   +
36 Şəhərsalma +    
37 Şərabçılıq + +  
38 Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə) + +  
39 Turizm işinin təşkili +    

 

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininhttps://portal.edu.az  elektron portalı vasitəsilə həyata keçirilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri portala yükləyərək müraciət göndərməlidir:

 - ali təhsil haqqında sənəd (diplom və ona əlavə pdf, jpg formatında),

 - xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (pdf, jpg formatında);

Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.