Training of BEU staff on "Publication opportunities in prestigious scientific journals"

21 Oct 2019
Training of BEU staff on "Publication opportunities in prestigious scientific journals"

   Bakı Mühəndislik Üniversitetinin (BMU ) İqtisadiyyat və İdarəetmə fakültəsi, “Dünya iqtisadiyyatı” kafedrasının müdiri i.ü.f.d., Şəhriyar Muxtarovun təqdimatında “Nüfuzlu elmi jurnallarda nəşr imkanları” təlimi veriləcək. Təlimin məqsədi impakt faktorlu jurnalların tələbinə uyğun elmi-tədqiqat işlərini hazırlama və bu jurnallara təqdim etmə yollarının mənimsənilməsidir.

     Təlimin mövzuları aşağıdakı kimidir.

 - Yazılmış məqaləyə uyğun elmi jurnalın seçimi

 - Məqalənin seçilmiş jurnala təqdim etmə qaydaları

 - Yırtıcı jurnallardan həqiqi jurnalları fərqləndirmə yolları

    Təlimə qatılmaq üçün aşağıdaki linkdən daxil olaraq qeydiyyatdan  keçməyiniz xahiş edilir:

https://forms.gle/EpskcQPiEfLuAggU6

    Təlim 02.11.2019. tarixində saat 10:00-da BMU-nun əsas korpusunun akt zalında  olacaq.

   Təlimə müraciət üçün son tarix: 30.10.2019

     Təlimçi  i.ü.f.d. Şəhriyar Muxtarov

     Ş.Muxtarov 2010-cu ildə  Azərbaycan Dövlət İqtisad Unversitesinin “Türk Dünyası İşlətmə” fakültəsini bitirib. 2010-2012-ci illərdə Türkiyə Respublikasının Mərmərə Üniversitetinin Bankçılıq və Siğortacılık İnstitutunda “Bank işi” üzrə magistratura təhsilini uğurla başa vurub. 2016-cı ilin yanvar ayında isə, Türkiyə Respublikası Mərmərə Universitetinə bağlı Bankçılıq və Siğortaçılıq İnstitutunda  fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. Muxtarovun iqtisadiyyat təhsili sahəsində səkkiz ildən çox iş təcrübəsi var. Bu illər ərzində, Türkiyə bursları, Erasmus Mundus və Erasmus+ təqaüdçüsü olub. O, 50-dən çox elmi əsərin (bunlardan 17-i Web of Science və Scopus məlumat bazalarında indekslənən jurnallarda dərc edilib) və 1 dərs vəsaitinin müəllifidir. Bir dərsliyin İngilis-dilindən Azərbaycan-dilinə tərcüməsində iştirak edib. İ.ü.f.d. Şəhriyar Muxtarov, hazırda BMU-nun “Dünya iqtisadiyyatı” kafedrasının müdiri və Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi vəzifələrində işləyir.

More announcements