PAŞA Bank tələbələr üçün ödənişli Yay Təcrübə proqramını elan edir. Proqrama Bakı Mühəndislik Universitetinin (BMU) uyğun ixtisas tələbələri (kursundan asılı olmayaraq) müraciət edə bilər.
Təcrübə proqramı aşağıdakı qeyd olunan sahələri əhatə edir:
1. BI&DWH
2. İnfrastruktur və biznes sistemləri
3. Sayt etibarlılığı üzrə mühəndislik (Servis etibarlılığı/Verilənlər bazasının administrasiyası)
4. Rəqəmsal mühəndislik
5. Komplayns
6. Korporativ idarəetmə və inzibatçılıq
7. Kreditlərin strukturlaşdırılması
8. Satış
9. Biznes innovasiyaları
10. Təhlükəsizlik (Məlumat təhlükəsizliyi xidmətləri)
11. Marketinq (Rəqəmsal və yaradıcı dizayn)
12. Risk
13. Maliyyə
14. Əməliyyat (Virtual filial)
Təcrübə proqramı 3 ay ərzində davam edəcək və seçim müsahibə nəticəsində aparılacaq. Müraciət etmək istəyən tələbələr ərizə formasını 30/05/2021-ci il tarixinə kimi doldurub, onları maraqlandıran sahəni qeyd edərək internship@pashabank.az ünvanına göndərməlidirlər. Proqramın başlama tarixi seçim mərhələsindən sonra tələbələrə elan ediləcək.