BEU and Inha University launch dual degree program

BEU and Inha University launch dual degree program

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının 2021/2022-ci tədris ili üçün sənəd qəbuluna start verilir

Proqram bakalavr səviyyəsində 4 ixtisas - İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi üzrə aparılacaq. Hər bir ixtisas üzrə qəbul planı illik 25 (ümumilikdə 100)  nəfərdir.

Tələbələrin seçimi ilkin olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavr) nəticələri əsasında aparılacaqdır. Sonrakı mərhələdə keçid balını toplamış abituriyentlər İnha Universiteti tərəfindən təşkil edilmiş daxili imtahanda iştirak etməlidirlər.

 Proqramın müddəti 4 ildir: 3 ili Azərbaycanda, son 1 ili isə Cənubi Koreyada keçiriləcək. Tələbələrin proqram çərçivəsində Cənubi Koreyada 3 həftəlik yay məktəbində (2-ci kursun sonunda) iştirakı da nəzərdə tutulub. Tədris dili BMU-da ingilis dilində, İnha Universitetində isə Koreya dilində aparılacaq.

Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.

Proqramın məzunları beynəlxalq təcrübəni öyrənərək qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnəcəklər.

Proqram haqqında daha ətraflı məlumatı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linki vasitəsilə əldə etmək mümkündür.

Digər elanlar