BMU tələbələri ilə görüş

19 Feb 2021
BMU tələbələri ilə görüş

Energetika Nazirliyi və tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat sektorları Bakı Mühəndislik Universitetinin (BMU) müvafiq fakültələrinin tələbələri ilə görüş təşkil edəcək. 

Görüş zamanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri-mətbuat katibi Günel Əhmədova və Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri-mətbuat katibi Cahid Mikayılov tələbələrə qurumlar barədə ümumi məlumat verəcəklər.

Tədbirdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev və müvafiq ixtisas tələbələri iştirak edəcəklər.

Tanışlıq (networking) xarakteri daşıyan görüşün 20 fevral 2021-ci il tarixində saat 12:00-da  keçirilməsi planlaşdırılır. Zoom platforması üzərindən təşkil olunacaq tədbirə aşağıdakı link və ya kod vasitəsilə qoşulmaq mümkündür:

https://us02web.zoom.us/j/88465336113?pwd=bDJqTDlXbmhNWWpTRkt2S2RnMkEvUT09

Meeting ID: 884 6533 6113

Passcode: 825500

More announcements