AI Youth Camp – Hakatona qeydiyyat başladı!
November 5, 2026

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə II kurs tələbəsi, Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsinin qalibi Zərif Salehzadənin təşəbbüsü ilə həyata keçirilən AI Youth Camp layihəsi çərçivəsində tələbələr hakatona dəvət olunur!
Süni intellektə və innovativ texnologiyalara maraq göstərən gəncləri komandalar şəklində işləməyə, yaradıcı ideyalarını reallaşdırmağa və innovativ həllər hazırlamağa dəvət edirik!
Tarix: 14–15 noyabr 2026-cı il
Məkan: BMU
Bütün iştirakçılara sertifikat, qaliblərə isə mükafat təqdim olunacaq!
🔗Qeydiyyatdan keçin və gələcəyin texnologiyalarını birlikdə yaradaq!
https://forms.gle/u16muBSxPTQ9fbxA6
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.