İNFORMASİYA VƏ KOMPÜTER TEXNOLOGİYALARI FAKÜLTƏSİ

İnformasiya və kompüter texnologiyaları fakültəsində müasir dövrün əsas tələblərindən biri olan tədrisin bütün səviyyələrində sənayenin müxtəlif sahələrində informasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, data analitika, şəbəkə inzibatçılığı və s. üzrə fəaliyyət göstərəcək yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Fakültədə bütün ixtisaslar üzrə tədris Azərbaycan və ingilis dillərində aparılır. Fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris edilir. Eyni zamanda müvafiq sahələrdə ixtisaslaşmış müəssisələrdən yüksək ixtisaslı, peşəkar təcrübəyə malik mütəxəssislər fakültədə dərslərin aparılmasına cəlb olunur.

İnformasiya və kompüter texnologiyaları fakültəsi zəruri maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına malikdir. Fakültənin nəzdində yaradılmış və ən müasir qurğu və avadanlıqlarla təchiz edilmiş Kibertəhlükəsizlik laboratoriyası təyinatına və proqram-texniki imkanlarına görə respublikada unikal laboratoriyalardan biridir.

 

KAFEDRALAR

Hazırda fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:

 

İXTİSASLAR

Fakültədə 7 bakalavr, 4 magistr ixtisası və 8 ixtisaslaşma üzrə ümumilikdə 1500-dən çox tələbə, o cümlədən dünyanın 22 ölkəsindən olan əcnəbi tələbələr təhsil alır.

Bakalavriat səviyyəsi üzrə ixtisaslar:

1. Kompüter mühəndisliyi

2. İnformasiya təhlükəsizliyi

3. İnformasiya texnologiyaları

4. Riyaziyyat

5. Kompüter elmləri

6. Data analitikası

7. Riyaziyyat və informatika

 

Magistratura səviyyəsi üzrə ixtisas və ixtisaslaşmalar:

1. Kompüter mühəndisliyi ixtisası üzrə ixtisaslaşmalar:

 - Kompüter sistemləri və şəbəkələri 

 - Bulud və şəbəkə infrastrukturu 

2. İnformasiya texnologiyaları ixtisası üzrə ixtisaslaşmalar:

 - İdarəetmədə informasiya sistemləri 

 - Maşın öyrənməsi

      3. İnformasiya təhlükəsizliyi ixtisası üzrə ixtisaslaşmalar:

          - Kibertəhlükəsizlik

          - Kompüter və şəbəkə təhlükəsizliyi

      4.Kompüter elmləri ixtisası üzrə ixtisaslaşmalar:

          - Süni intellekt

          - Tətbiqi riyaziyyat

Fakültədə bir sıra ixtisaslar üzrə ikili diplom proqramları üzrə təhsil həyata keçirilir. Belə ki, Cənubi Koreya Respublikasının INHA Universiteti ilə ikili diplom proqramı çərçivəsində 3 ixtisas ixtisas üzrə kadr hazırlığı aparılır:

  • İnformasiya texnologiyaları

  • Kompüter elmləri / Süni intellekt

  • Data analitika / Data elmləri

    Eyni zamanda fakültədə Pekin Kimya Texnologiya Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir.

    Fakültədə mütəxəssis hazırlığı həyata keçirilən bütün ixtisasların tədris planları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Təhsil Proqramlarına uyğun olaraq, aparıcı xarici üniversitetlərin təcrübələri nəzərə alınmaqla hazırlanmışdır. Tədris planlarında müasir dövrdə informasiya texnologiyaları, kompüter sistemləri və şəbəkələri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, proqramlaşdırma, süni intellekt, maşın öyrənməsi və digər ən müasir texnologiyaların tədrisi və öyrənilməsi nəzərdə tutulmuşdur.

    Fakültənin məzunları ixtisasları üzrə işlə təmin olunmasında problemlə qarşılaşmırlar. Belə ki, son kurslarda təhsil alan tələbələrimizin bir qismi dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək üçün dəvət olunur, digər qismi isə respublikamızın müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət və özəl təşkilatlarda işləmək üçün təkliflər alırlar.