.jpg)
Kafedra Müdiri
Kafedra, ümumilikdə, 1 nəfər müdir, 5 nəfər dosent, 8 nəfər fil.ü.f.d, 1 nəfər f.e.d, 18 nəfər baş müəllim, 16 nəfər müəllim, 2 nəfər baş laborant, 1 nəfər laborant olmaqla 42 nəfərlik heyətdən ibarətdir.
Kafedra İnformasiya və kompüter texnologiyaları fakültəsinin tərkibində Bakı Mühəndislik Universitetinin (BMU) tədris-elm struktur bölmədir. Kafedra öz fəalliyətində aidiyyati qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ aktlarını, Elm və təhsil nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, Bakı Mühəndislik Universitetinin Elmi Şurasının qərarlarını və “Bakı Mühəndislik Universitetinin Nizamnaməsini” rəhbər tutur. Kafedra öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Xarici Dillər Kafedranın fəaliyyətinin məqsədi - dövlət təhsil proqramlarının məzmunu və minimum tələbləri əsasında tədris, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji işləri həyata keçirməkdir.
Kafedrada təhkim olunmuş ixtisaslar üzrə tədris planı, illik işçi tədris planı, tədris qrafiki və digər müvafiq sənədlər hazırlanır. Tədris olunan fənlər üzrə tədris metodik vəsaitlərin (proqramlar, dərslik, dərs vəsaiti və metodik vəsaitlər) təminatını həyata keçirilir. Fəaliyyət istiqaməti üzrə seminar və konfrans mövzularını müəyyən edilir, onun keçirilməsi və digər ali təhsil müəssələri, elmi-tədqiqat institutları, müəssisə və təşkilatlarla bu mövzuda əməkdaşlıq edilir. Fəaliyyət istiqaməti üzrə araşdırmalar, təhlillər aparılır, analitik materiallar hazırlanır, müvafiq təkliflər verilir, layihələrdə, konfrans və seminarlarda iştirak edilir.
Kafedra üzrə professor-müəllim heyəti mütəmadi olaraq respublika və beynəlxalq elmi tədbirlərdə (konfrans, simpozium və s.) iştirakı üçün təşviq edilir. Təhsil səviyyələri üçün təhsil planlarında nəzərdə tutulmuş fənlər (İngilis dilində işgüzar və akademik kommunikasiya – 1, 2, 3 (Akademikməqsədlər üçün) üzrə seminar və praktik məşğələ dərsləri yüksək elmi nəzəri səviyyədə aparılır. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə təhsil planlarını beynəlxalq standartlara uyğun işləyib hazırlayır və müvafiq qaydada təsdiq üçün təqdim edilir. Kafedra dərslik, dərs vəsaitləri, metodiki tövsiyə və göstərişlər, əyani vəsaitlər və s. hazırlayır və onlara rəy verir.
Ümumilikdə Xarici dillər kafedrası Respublikanın və xarici ölkələrin ali təhsil müəssisələri ilə ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsini öyrənir və kafedranın fəaliyyətini daimi təkmilləşdirir.