BAKI  MÜHƏNDİSLİK  UNİVERSİTETİ

  Bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin nəzərinə! 

Bakı Mühəndislik Universitetinə qəbul olmuş abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə onlayn qaydada qeydiyyatı 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Tələbə adını qazanmış şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd olunan tarixlərdə portal.edu.az platformasında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Aşağıda qeyd olunan sənədlər (keyfiyyətli və oxunaqlı formada) portal.edu.az platformasına yüklənməlidir.

1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış).  Sənədin əsli dərslər başlayanda universitetə təhvil veriləcək.

2. Şəxsiyyət vəsiqəsi

3. Rəsmi sənədlər üçün çəkilmiş rəngli fotoşəkil

4. Sağlamlıq haqqında arayış  (forma 086)

5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün)

6. Birinci kursun illik təhsil haqqının ödənilməsi barədə qəbz

7. e-mail (aktiv istifadə edilən e-mail daxil edilməlidir)

 

Qeyd: Sistemdə məcburi daxil edilməsi tələb olunan sənədlərdən əlavə universitetimiz tərəfindən tələb olunan sənədlər  “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına yüklənməlidir. Bunun üçün xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.

 

☑  Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər

☑   Ən çox müraciət olunan suallar

 

Sənəd qəbulu komissiyası ilə əlaqə: 

Telefon:  (012) 349 99 83 ( I-V günlər saat 10:00-17:00,  fasilə 13:00-14:00)

E-mail: qeydiyyat@beu.edu.az

Facebook: www.facebook.com/beu.edu.az

 

Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr

          1. Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır);

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı  həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;

4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar;

5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

         

QEYD:Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr aşağıdakı sənədləri və nümunəyə uyğun ərizə yazıb portala yükləməlidirlər. Eyni zamanda dərs başlayanda universitetin Tədris hissəsinə təqdim etməlidirlər.

 

I.  Məcburi köçkün statusu olan tələbələr:

1. Notarial qaydada təsdiq olunmuş tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsinin (cari ilin sonunadək möhür vurulmuş) surəti;

 

II. Şəhid ailəsinin üzvü olan tələbələr:

1.     Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2.     Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

3.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

     QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır

     III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

1.     Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsinin surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);

2.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

1.     Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);

2.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

IV.  Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər: 

1.     Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

2.     Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;

3.     Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

 

     Qeyd: Ödənişdən azad edilmə 23 yaşınadək qüvvədədir. 

     Valideynin əlilliyi müddətlidirsə, tələbəyə imtiyaz həmin müddətə qədər verilir.