.jpg)
Kafedra Müdiri
Kafedra Mühəndislik fakültəsinin tərkibində Bakı Mühəndislik Universitetinin (BMU) tədris-elmi struktur bölməsi olub, ali ixtisas təhsilinin dövlət standartrının ixtisas üzrə hazırlığın məzmununa və səviyyəsinə qoyulan minimum tələblər əsasında tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması işlərini həyata keçirir. Fizika ixtisası üzrə ingilis dilində bakalavr hazırlığı ilə bərabər, mühəndislik kafedralarında ixtisaslara uyğun olaraq ümumi fizika və tətbiqi fizikanın müxtəlif sahələrini tədris edir. Digər ali məktəblərdən fərqli olaraq Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasında təhsil əsasən ingilis dilində aparılır. Bu da imkan verir ki, məzunlarımız xarici ali məktəblərində magistratura pilləsində öz təhsillərini davam etdirə bilsin.
Kafedranın fəaliyyətinin əsas məqsədi yüksək ixtisaslı, geniş dünya görüşünə və pedaqoji biliklərə, tənqidi düşüncəyə, elmi-tədqiqatlar aparmaq bacarıqlarına yiyələnmiş və bunlardan səmərəli və yaradıcı şəkildə praktikada istifadə edə bilən milli və ümumbəşəri dəyərləri özündə birləşdirən kadırlar yetişdirməkdir. Fizika ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.
Fizika kafedrası 2016-2017-ci tədris ili, fevralın 15-də Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin nəzdində fəaliyyətə başlamışdır. Sonradan Universitet Elmi Surasının qərarı ilə Mühəndislik fakültəsinin tərkibinə daxil edilmişdir. Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə ümumi və ali fizika istiqamətləri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar.
Universitetin Fizika Laboratoriyası ümumi fizikanın 5 bölməsi üzrə praktik-təcrübi laboratoriya işlərin yerinə yetirliməsi üçün nəzərdə tutulmuşdur:
Laboratoriya avadanlığı PASCO (www.pasco.com) şirkətindən alınmışdır. Laboratoriyada mövcud olan müasir avadanlıqlar fizikanın yuxarıda göstərilən sahələri üzrə əsas təcrübə işlərinin aparılmasına imkan verir. Tələbələr hər bir apardığı təcrübə işində kömpüterdən, çox sayda müxtəlif sensorlardan və xüsusi proqram təminatından istifadə edərək ölçmə apardığı kəmiyyətləri birbaşa cədvəl və qrafiklər şəklində müşahidə edə bilirlər. Hər bir işin ölçmə və hesablama xətaları proqram təminatı vasitəsi ilə verilir. Mövcud avadanlıqlardan istifadə edərək, tələbələr verilən kurs işi və lahiyələri əsasında yeni laboratoriya işləri hazırlayır