.jpg)
Kafedra Müdiri
“Mexanika mühəndisliyi” kafedrası BP Azərbaycan şirkəti və keçmiş Qafqaz Universitetinin birgə layihəsi əsasında “Mühəndislik məktəbinin genişlənməsi” proqramı çərçivəsində 2011-ci ildə fəaliyyətə başlamışdır və 2016-cı ildə BMU-nun yaradılması ilə yenidən təşkil olunmuşdur.
Hazırda kafedrada bakalavriat səviyyəsində 3 (üç) ixtisas, magistratura səviyyəsində 2 (iki) ixtisasda 6 (altı) ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır.
Kafedrada 12 adda tədris və elmi tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalar yüksək texnologiyalara malik maşın və avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriya avadanlıqları tədris prosesində intensiv istifadə edilir, mövcud qurğular üzərində konstruktiv dəyişikliklər etməklə təcrübələr aparılır, həmin təcrübi nəticələrdən həm tədris prosesində sınaq hesablamalarının işlənilməsində, həm də elmi-tədqiqat işlərində onların nəticələrindən istifadə olunur.
Mexanika mühəndisliyi kafedrasının aşağıdakı laboratoriyaları vardır:
“Mexanika mühəndisliyi” kafedrasında hal hazırda 90-dan çox fənnlər, o cümlədən bakalavr səviyyəsi üçün Tərsimi həndəsə və mühəndis qrafikası, Termodinamika, İstilik texnikası, Mexatronika və robototexnika sistemlərinin layihələndirilməsi, Dinamik sistemlərin modelləşdirilməsi və simulyasiyası, Maşın hissələri və konstruksiya etmənin əsasları, Yükqaldıran-nəqledici maşınlar, Maşın və mexanizmlər nəzəriyyəsi, Maşınqayırmada CAD/CAM sistemləri və s., magistratura səviyyəsi üçün Mütərəqqi mühəndislik termodinamikası, Təmirdə keyfiyyət təminatı, Tədqiqat metodları, Tədqiqat analitikası, CAD/CAM-CAE sistemləri, Maşınların və hissələrin kompüter diaqnostikası və servisi, Təmir və servisdə avadanlıqlar və vasitələr, İsitmə və soyutma sistemləri, Boru kəmərlərinin hesabı və layihələndirilməsi və s. fənnlər tədris olunur. Hazırda Mexanika mühəndisliyi kafedrasının müdiri texnika elmləri doktoru, professor Mahir Məcnun oğlu Bəşirovdur.