2016-cı ildən fəaliyyət göstərən “Sənaye mühəndisliyi” kafedrasının tərkibində “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr, “Texnologiyalar və əməliyyatların idarəedilməsi” ixtisaslaşması üzrə magistratura səviyyəsində, MBA proqramı çərçivəsində “Layihələrin idarə edilməsi” və “Logistika və təchizar zəncirinin idarə edilməsi”ixtisasları üzrə qəbul həyata keçirilir. “Sənaye mühəndisliyi” ixtisasında bakalvriat səviyyəsində tədris Azərbaycan və ingilis dillərində, magistratura səviyyəsində və MBA proqramı çərçivəsində azərbaycan dilində aparılır.
Kafedranın maddi-texniki bazası müasir tələblərə uyğun mühəndis hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, müasir tipli kompüter laboratoriyaları da daxildir. Tədris prosesində innovativ texnologiya və metodların tətbiqi tədrisin keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Kafedranın təchiz olunduğu kompüter, ağıllı lövhə və digər texnologiyalar dərs zamanı tələbələrin tələbatını ödəyərək tədris prosesinin səmərəliliyini və əyaniliyini təmin edir. Kafedra yerli müəssisə və şirkətlərlə əməkdaşlıq edir, tələbələrə praktika və layihə təcrübəsi qazandırır.
“Sənaye mühəndisliyi” kafedrasının əsas məqsədi sənaye müəssi-sələrində istehsal proseslərini, insan və texnologiya əlaqələrini, vaxt və resurs idarəçiliyini optimallaşdıran, müasir texnologiyalardan istifadə edəbilən peşəkar sənaye mühəndisləri hazırlamaqdır. İstehsal prosesləri yenilənir,avadanlıqkar sürətlə dəyişir, texnologiya inkişaf edir və sənaye sahələri daha kompleks hala gəlir. Bu dəyişikliklər fonunda sənaye mühəndisliyi hər sahəyə uyğunlaşa bilən və sistemləri optimallaşdıran bir ixtisas kimi ön plana çıxır.