“II Beynəlxalq Elm və Texnologiya” konfransına materialların qəbulu davam edir

03 Noyabr 2021
“II Beynəlxalq Elm və Texnologiya” konfransına materialların qəbulu davam edir

Xəbər verdiyimiz kimi, 26-27 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “II Beynəlxalq Elm və Texnologiya” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla scc@beu.edu.az ünvanına göndərməlidirlər. 15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.

Konfransın təşkil olunmasında əsas məqsəd mühəndislik və onunla əlaqəli sahələrdə çalışan (alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçiləri) şəxsləri bir araya gətirmək, universitet-dövlət-özəl sektor əməkdaşlığını artırmaqdır. Aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, həmçinin üzləşilən problemlərə birgə həll yolu tapmaq da tədbirin əsas hədəfləri sırasındadır.

Beynəlxalq tədbir Təbiət elmləri, Kompüter elmləri və informasiya texnologiyaları, Kimya mühəndisliyi, Təbiət elmləri və mühəndisliyin inteqrasiyası, Mexanika və maşın mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və inşaat, Logistika və nəqliyyat, Sənaye mühəndisliyi seksiyaları üzrə təşkil olunacaq.

Konfransla bağlı daha ətraflı məlumatı https://beu.edu.az/az/announcement/bmu-da-ii-beynelxalq-elm-ve-texnologiya-adli-elmi-praktiki-konfrans-kecirilecek-157 linkinə daxil olaraq əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər