BMU-ya yeni qəbul olunan abituriyentlərə kömək məqsədilə işçi qrup yaradılıb

08 Sentyabr 2023
BMU-ya yeni qəbul olunan abituriyentlərə kömək məqsədilə işçi qrup yaradılıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2023-2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi (portal.edu.az) davam edir. Onlayn şəkildə gerçəkləşdirilən prosesdə abituriyentlərə kömək, həmçinin qeydiyyatı uğurla tamamlanan şəxslərlə bağlı müvafiq prosedurların həyata keçirilməsi məqsədilə BMU-da sənəd qəbulu üzrə işçi qrup da fəaliyyət göstərir.

İşçi qrup tərəfindən BMU-nu seçmiş abituriyentlərin müraciətləri cavablandırılır, eləcə də onların üzləşdikləri hər hansı problemlə əlaqədar suallarına aydınlıq gətirilir, mümkün köməklik göstərilir.

Nəzərə çatdıraq ki, tələbə adını qazanmış şəxslərin portal.edu.az platformasında elektron sistem üzrə qeydiyyatı 14 sentyabr saat 18:00-da başa çatacaq. Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbulu haqqında əmr Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəbə göndərilməyəcək (https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetine-qebul-olunan-abituriyentlerin-nezerine-350).

Bu günə olan məlumata əsasən, BMU-ya yeni qəbul olunan abituriyentlərin artıq 80 faizə yaxını portal.edu.az vasitəsilə qeydiyyatdan keçib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər