BMU-da ikili diplom proqramına vakansiya elan edilib

23 Oktyabr 2020
BMU-da ikili diplom proqramına vakansiya elan edilib

Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İnha Universiteti ilə arasında icrasına başlanan ikili diplom proqramına “Direktor” vəzifəsinə vakansiya elan edilib.

Direktor ikili diplom proqramının inkişafı, idarəsi və büdcəsi üçün liderlik və koordinasiyanı, həmçinin universitetlər tərəfindən müəyyən edilmiş standartlara uyğun idarə olunmasını təmin edir, proqram təlimatlarının yerinə yetirildiyini izləmək və sənədləşdirmək üçün sistemlər təşkil edir.

Maraqlanan namizədlər  mövzu hissəsində vəzifənin adı göstərilməklə tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Müraciət üçün son tarix 25 oktyabr 2020-ci il saat 23:59-dur.

İş elanı bağlı ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://beu.edu.az/az/announcement/bmu-da-ikili-diplom-proqramina-vakansiya-elan-edilib-60

Qeyd edək ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər