BMU-da ikili diplom proqramına vakansiya elan edilib

23 Oktyabr 2020
BMU-da ikili diplom proqramına vakansiya elan edilib

İŞ ELANI 

İKİLİ DİPLOM PROQRAMI

Bakı Mühəndislik Universiteti (BMU) və İnha Universiteti (Koreya Respublikası)

Title: Direktor, İkili Diplom Proqramı

Proqram Haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti və Koreyanın İnha Universiteti arasında İkili Diplom Proqramı (İDP) yaradılmışdır.

Proqram Azərbaycanda mühəndislik sahəsində yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını və qabaqcıl elmi nailiyyətlərdən və yenilikçi tədris texnologiyalarından yararlanaraq beynəlxalq ikili diplom proqramı ilə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsini hədəfləyir.

İDP-nin sonunda tələbələr hər iki Universitetdən ümumilikdə iki diplom alırlar.

Vəzifə Xülasəsi

İkili Diplom Proqramının Direktoru İDP-nin inkişafı, idarəsi və büdcəsi üçün liderlik və koordinasiyanı təmin edir. Direktor İDP-nin Universitetlər tərəfindən müəyyən edilmiş standartlara uyğun idarə olunmasını təmin edir, proqram təlimatlarının yerinə yetirildiyini izləmək və sənədləşdirmək üçün sistemlər təşkil edir.

Direktor Bakı Mühəndislik Universiteti tərəfindən işə qəbul edilir. BMU, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında mühəndislik texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradılıb.

Öhdəliklər

·        Universitetlərin müəyyən etdiyi standartlara uyğun olaraq İDP rəhbərliyi üçün rəhbərlik və nəzarəti təmin etmək;

·        Proqramın işinə, keyfiyyət zəmanətinə və idarə olunmasına və proqramın inzibati heyəti ilə əlaqəyə nəzarət etmək;

·        Universitetlərin proqram idarəçiliyi və tələbə dəstəyi siyasətinin həyata keçirilməsini təmin etmək;

·        Proqram əməliyyatlarının və fəaliyyətlərinin qanuni təlimatlara və daxili siyasətə riayət etməsini təmin etmək;

·        Daxili keyfiyyət təminatı və inkişaf etdirmə məqsədləri üçün sənədlərin tərtib edilməsini və təqdim edilməsini nizamlama, məsələn: illik monitorinq və icmal, öyrənmə və tədris icmalı;

·        Proqram haqqında məlumatlılığı artırmaq üçün marketinq təşəbbüsləri təklif etmə və buna dəstək;

·        Proqramın hədəflərini dəstəkləyən və həyata keçirən gündəlik əməliyyatları idarə etmək;

·        Universitet rəhbərliyini və / və ya layihə işçi qrupunu (SPPIU) ətraflı və dəqiq hesabat və ya təqdimatlarla məlumatlandırmaq;

·        Performansı izləmək və inkişafa ehtiyacın müəyyənləşdirilməsi üçün qiymətləndirmə strategiyaları hazırlamaq;

·        Tələbə qəbulu və məzunolma prosesini izləmək;

·        İDP çərçivəsində fakültə üzrə işçi heyətinin işə qəbul prosesini koordinasiya etmək;

·        Tədris ili ərzində tələbələrin davamiyyətini və performanslarını nəzərdən keçirmələrini təmin etmək;

·        Proqrama aid məsələlər barədə Rəhbər Komitəyə hesabat vermək;

·        Tapşırılan bütün digər tapşırıqları yerinə yetirmək.

Tələblər

·        İdarəetmə, təhsil və ya əlaqəli bir sahədə universitet dərəcəsi tələb olunur;

·        Ali təhsil mühitində ən azı 3 illik iş təcrübəsi, proqram hazırlanması, layihə rəhbərliyi və tədris və ya inzibati vəzifələrdə üstünlük;

·        Ünsiyyət bacarıqları (həm şifahi, həm də yazılı). Azərbaycan, İngilis və Koreya dillərində səlis danışmaq;

·        Mükəmməl idarəetmə, qərar qəbuletmə bacarıqları, təşkilatçılıq və zaman idarə etmə bacarıqları;

·        Tələbə məlumat sistemləri daxil olmaqla yüksək səviyyədə texnoloji bilik;

·        Digər mədəniyyət və ya mənşəli insanlarla əlaqəli bilik, hörmət və bacarıqları inkişaf etdirmək bacarığı.

Maraqlanan namizədlərdən e-mail vasitəsilə qoşmada Word və ya PDF formatında qeyd olunan sənədləri göndərmələri xahiş olunur: (1) vəzifəyə uyğunluğu, işə başlaya biləcəyi uyğun vaxtı və gözlənilən əmək haqqını (AZN ilə) özündə əks etdirən maraq məktubu, (2) ən son yenilənmiş CV və (3) ən az 3 nəfərdən tövsiyyə verəcək şəxslərin adları, e-poçtları və iş ünvanlarını.

Mövzu hissəsində Vəzifənin Adı göstərilməklə tələb olunan sənədləri hr@beu.edu.az elektron poçtuna göndərmək xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Müraciət üçün son tarix 25 oktyabr 2020-ci il saat 23.59-dur.

BMU rəqabətli mükafat paketi və yüksək standartlara malik iş şərtləri təklif edir. Dövlət Proqramı və İDP haqqında daha ətraflı məlumat üçün www.dp.edu.az və www.beu.edu.az saytlarına daxil olmağınız xahiş olunur.

Digər elanlar