Magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili məqsədi ilə qrant müsabiqəsi

23 İyun 2021
Magistratura səviyyəsində “Kibertəhlükəsizlik” (SABAH) qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili məqsədi ilə qrant müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistraturası layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə qrant müsabiqəsi elan olunur.

Bakı Mühəndislik Universiteti SABAH Magistratura Layihəsi çərçivəsində “Kibertəhlükəsizlik” ixtisası, 2021-ci ilin payızından etibarən kibertəhlükəsizlik sahəsində çox ehtiyac duyulan bilik, təcrübə və potensiala sahib olan mütəxəssisləri yetişdirmək üçün qurulmuşdur. Bakı Mühəndislik Universitetində SABAH Magistratura Layihəsi çərçivəsində “Kibertəhlükəsizlik” ixtisası  üzrə təhsildə, ilk növbədə kibertəhlükəsizliyin çox ehtiyac duyulan sahələrində ixtisaslı insan resurslarını yetişdirməyi hədəfləyir.

Ali təhsildə yeni məzmunun hazırlanması və tətbiqi üzrə qrantlarının ayrılmasında başlıca məqsəd “Kibertəhlükəsizlik” istisaslaşması üzrə Bakı Mühəndislik Universitetində müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun,  beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.

 

Qrantın məqsədi:

Ali təhsilin magistratura səviyyəsində SABAH qruplarında yeni məzmunun yaradılması və tədrisinin təşkili aşağıdakılar vasitəsi ilə həyata keçiriləcəkdir:

1. Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən yeni məzmunun yaradılması və çoxaldılması (təhsil proqramları, tədris planları, təlim və tədris vasitələri və s);

2. Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə tədrisin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə yerli və beynəlxalq müəllimlərdən ibarət peşəkar komandanın formalaşdırılması;

3. Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə tədrisin yüksək səviyyəli və müvafiq tələblərə cavab verən maddi-texniki bazanın qurulması və ya təkmilləşdirilməsi;

4. Bakı Mühəndislik Universitetinin “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə təhsil alan tələbələrin dərsdənkənar bilik və bacarıqlarının artırılması məqsədi ilə ingilis dili, öyrənmə və tədqiqata yönəlmiş fakültativ məşğələlərin təşkili.

 

Müraciət prosesi:

1. Təqdim edilən qrant müsabiqəsində təhsil və təlim sahəsində çalışan şirkətlər, təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri, VÖEN-ə sahib fərdi müraciətlər əsasında ali təhsil müəssisəsinin müəllimləri, müəllimlərin qrupları və ya müstəqil ekspertlər qrant layihəsinin bir neçə və ya bütün komponentləri üzrə qrantda iştirak edə bilərlər.

2.  Ayrılmış maliyyə 210000 (iki yüz on min) manat təşkil edir.

3. Layihə ərizələri bu qrant layihəsinə əlavə edilmiş Ərizə formasına uyğun şəkildə olmaqla 03 iyul 2021-ci il  saat 23:00-dək sabahqrant@beu.edu.az e-mail-nə təqdim edilməlidir.

4. Layihələrin nəticələri 10 gün ərzində yoxlanılaraq elan ediləcəkdir. Qalib layihələrə məlumat email vasitəsi ilə təqdim ediləcəkdir.

5. Layihə nəticələrinin elan olunmasından bir həftə ərzində Apelyasiya komissiyasına müraciət etmək mümkündür.

 

İcra prosesi:

1. Layihələrin nəticələri elan edildikdən sonra qalib layihələr ilə ali təhsil müəssisəsi arasında qrant müqaviləsi imzalanacaqdır. Qrant müqaviləsi Qrant haqqında Qanunun tələblərinə uyğun olaraq İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçirilməlidir.

2.  Qrant layihəsinin icra müddəti 2 (iki) ildir. 

Ərizə forması (nümunəvi ərizə forması)

Layihə konsepsiya sənədi

Digər elanlar