Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-cil tarixli 711 nömrəli Sərəncamı təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan İkili Diplom Proqramının (BMU-İNHA İDP) əsas komponentlərindən biri İDP professor-müəllim heyətinin Koreya Respublikasında təlimin keçirilməsidir.
Təlimin əsas məqsədi beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, professor-müəllim heyətinin bilik və bacarıqlarını İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirərək layihənin uğurlu icrasını təmin etməkdir.
BMU-İNHA İDP üzrə professor-müəllim heyətinin təlimi üzrə ətraflı məlumat aşağıdakı kimidir:
1. Təlim müddəti: 6 həftə (3 iyul ~11 avqust və ya 10 iyul ~ 18 avqust)
2. Ezam olunma: Təlim tarixindən 1~3 gün öncə
3. Təlim yeri: İnçon şəhəri, Koreya Respublikası
4. Təlim dili: İngilis dili
2023-cü il üzrə ezam olunacaq professor-müəllim heyətinin sayı:
× İnşaat mühəndisliyi ixtisası üzrə 10 nəfər;
× Elektrik mühəndisliyi ixtisası üzrə 10 nəfər;
× Elektronika mühəndisliyi ixtisası üzrə 10 nəfər.
Hər ixtisas üzrə BMU-nun həm ştat və yarım ştat, həm də saat hesabı çalışan professor-müəllim heyəti cəlb edilə bilər.
5. Professor-müəllim heyətinin seçim proseduru:
- Son müraciət tarixi: 22 fevral 2023-cü il;
- Professor-müəllim heyəti tərəfindən Azərbaycan və İngilis dillərində təqdim ediləcək sənədlər: CV, motivasiya məktubu, müraciət forması (sənədləri keçiddən yükləyə bilərsiniz). Seçim müddətində müraciətçilər ilə müsahibə həyata keçiriləcək.
- Maraqlanan namizədlər qeyd olunan sənədləri mövzu hissəsində mütləq şəkildə “Faculty Training 2023” göstərilməklə beu-inha@beu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
- Seçim Komitə tərəfindən həyata keçirilir. Komitənin iclası və təlim üçün müraciətçilərin seçilməsi: 24 fevral ~ 3 mart 2023-cü il
6. Təlim xərcləri:
Təlim xərcləri “2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır (aviabilet, gecələmə, gündəlik ezamiyyə xərci, viza və miqrasiya xərcləri, tibbi sığorta).
7. Təlimdən sonrakı qiymətləndirilmə:
İDP üzrə Koreya Respublikasında təlimdən sonra hər bir müəllim özünüqiymətləndirmə hesabatı və təcrübəyə əsaslanaraq İNHA-dakı təlimin nəticələrini nə formada BMU-da tətbiq edəcəyi barəsində planı təqdim etməlidir. Özünüqiymətləndirmə hesabatının forması əvvəlcədən həmin professor-müəllim heyəti ilə paylaşılacaq. Özünüqiymətləndirmə hesabatı hər müəllim tərəfindən birbaşa olaraq yazılmalı və təqdim edilməlidir.
BMU-İNHA İDP ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, proqramın facebook səhifəsinə https://www.facebook.com/bmu.inha.idp ünvanlamaq və ya (+994 12) 349-99-66/67 (daxili: 2416) / (+99451) 215-57-34 zəng vurmaq və proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az və ya https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linklərinə daxil olaraq əldə etmək mümkündür.