BMU-İNHA İDP çərçivəsində professor- müəllim heyəti üçün İNHA Universitetində təlim keçirilməsi planlaşdırılır

04 Mart 2022
BMU-İNHA İDP çərçivəsində professor- müəllim heyəti üçün İNHA Universitetində təlim keçirilməsi planlaşdırılır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan İkili Diplom Proqramının (İDP) əsas komponentlərindən biri proqram üzrə professor-müəllim heyəti üçün Koreyada təlimin keçirilməsidir.

Təlimin əsas məqsədi İNHA Universitetinin beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, professor-müəllim heyətinin bilik və bacarıqlarını İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professorları vasitəsilə daha da inkişaf etdirərək beynəlxalq layihənin uğurlu icrasını təmin etməkdir.

BMU-İNHA İDP üzrə professor-müəllim heyətinin təlimi üzrə ətraflı məlumat aşağıdakı kimidir:

1.   Təlim müddəti: 6 həftə (4 iyul - 12 avqust və ya 11 iyul - 19 avqust)

2.   Ezam olunma: Təlim tarixindən 1- 3 gün öncə

3.   Təlim yeri: İnçeon şəhəri, Koreya Respublikası

4.   Təlim dili: İngilis dili

2022-ci il üzrə ezam olunacaq professor-müəllim heyətinin sayı:

·        İnformasiya texnologiyaları ixtisası üzrə 10 nəfər;

·        Elektronika mühəndisliyi ixtisası üzrə 10 nəfər.

Hər ixtisas üzrə həm ştat və yarım ştat, həm də saat hesabı çalışan professor-müəllim heyəti cəlb edilə bilər.

5.   Professor-müəllim heyətinin seçim proseduru:

-      Professor-müəllim heyətinin seçimi üzrə elan: 28 mart 2022-ci ilə qədər müraciətlərin qəbul edilməsi;

- Professor-müəllim heyəti tərəfindən Azərbaycan və ingilis dillərində təqdim ediləcək sənədlər: CV, motivasiya məktubu, müraciət forması (sənədləri keçiddən yükləyə bilərsiniz). Seçim müddətində müraciətçilər ilə müsahibə həyata keçiriləcək.

-      Müraciətlərin qəbul ediləcəyi e-mail: beu-inha@beu.edu.az  

Seçim komissiya tərəfindən həyata keçirilir.

-      Komissiyanın iclası və təlim üçün müraciətçilərin seçilməsi: 4 - 8 aprel 2022-ci il

-      Seçilən professor-müəllim heyətinin açıqlanması: 11-15 aprel 2022-ci il

6.   Təlim xərcləri:

Təlim xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır (aviabilet, gecələmə, gündəlik ezamiyyə xərci, viza və miqrasiya xərcləri, tibbi sığorta).

7.   Təlimdən sonrakı qiymətləndirilmə:

İDP üzrə Koreyadakı təlimdən sonra hər bir müəllim özünüqiymətləndirmə hesabatı və təcrübəyə əsaslanaraq İNHA-dakı təlimin nəticələrini BMU-da hansı formada tətbiq edəcəyi barədə planı təqdim etməlidir. Özünüqiymətləndirmə hesabatının forması öncədən həmin professor-müəllim heyəti ilə paylaşılacaq. Özünüqiymətləndirmə hesabatı hər müəllim tərəfindən birbaşa olaraq yazılmalı və təqdim edilməlidir.

BMU-İNHA ikili diplom proqramı ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, proqramın rəsmi feysbuk səhifəsinə www.facebook.com/ddp.beu.inha, həmçinin (+994 12) 349-99-66/67 (daxili: 2423) / (+99451) 215-57-34 əlaqə nömrələrinə ünvanlamaq olar. Proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/  linkinə daxil olaraq əldə etmək mümkündür.

Digər elanlar