“İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı III beynəlxalq elmi-praktiki konfrans
Dünyada olduğu kimi ölkəmizdə də iqtisadiyyat və idarəetmə elmləri sürətlə dəyişir və inkişaf edir. Bu inkişaf və dəyişikliyə ayaq uydurmaq, problemlərə həll yolu tapmaq və ölkəmizin gələcəyinə töhfə vermək üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “İqtisadiyyat və İdarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı III Beynəlxalq Elmi-praktiki konfrans keçiriləcəkdir. Bu məqsədlə ali məktəblərin professor-müəllim heyətini, iqtisadiyyat və idarəetmə sahəsindəki mütəxəssisləri, doktorantları, dissertant və magistrantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
I. Konfransın məqsədi:
Konfransın məqsədi iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları və düşüncələri bölüşmək, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq və qarşılaşılan problemlərə birgə həll yolu tapmaqdır.
II. Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
İqtisadiyyat;
Biznesin idarə edilməsi;
Maliyyə və mühasibat uçotu;
Dövlət idarəçiliyi;
Beynəlxalq münasibətlər.
III. Konfransın təqvimi:
30 noyabr 2023-cü il – materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
5 dekabr 2023-cü il - məqalənin qəbul edilməsi haqqında təşkilat komitəsinin cavabının göndərilməsinin son tarixidir.
19 dekabr 2023-cü il tarixində konfransın proqramı iştirakçılara göndəriləcəkdir.
Konfransın işçi dilləri:
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis, rus və türk dillərində aparılacaq.
Ümumi məlumat:
Konfransa təqdim ediləcək məqaləni tərtib etmək üçün şablon verilib. Məqalə birbaşa şablonun üzərində tərtib edilə bilər. Şablona uyğun olmayan və fərqli formatlarda hazırlanmış məqalələr qəbul və çap edilməyəcək. Buna birbaşa müəllif cavabdehdir. Məqalələr e-mail vasitəsilə economy@beu.edu.az ünvanına göndəriləcək. E-mailin mövzu hissəsində məqalənin hansı sahəyə (İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat, Dövlət idarəçiliyi, Beynəlxalq münasibətlər) göndərildiyi mütləq qeyd olunmalıdır. Məqalələr ən gec 30 noyabr 2023-cü il tarixinə qədər göndərilməlidir. Qeyd edilən tarixdən sonra göndərilən məqalələr diqqətə alınmayacaq. Konfransa yalnız daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orjinal tədqiqat işləri göndərilməlidir. Təqdim olunan məqalələr konfransın elm komitəsi tərəfindən dəyərləndiriləcək. Məqalə, hansı dildə göndərilməsindən (Azərbaycan, türk, ingilis, rus) asılı olmayaraq dil qaydalarına uyğun və tam anlaşılan səviyyədə olmalıdır. Yazı qaydalarına, konfrans tələblərinə uyğun olmayan məqalələr qəbul olunmayacaq.
Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.
Əlaqə ünvanları:
AZ 0101, Xırdalan ş., Həsən Əliyev küç. 120, Bakı Mühəndislik Universiteti
E- mail: economy@beu.edu.az