“Texnologiya sahəsində inkişaf etmiş və dünyanın qabaqcıl ölkələrindən olan Cənubi Koreyada təhsil alıb öz potensialınızı qlobal müstəvidə göstərə bilərsiniz. Bunun üçün sadəcə bu proqramı seçməyiniz yetərlidir”. Bu fikirləri Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramının tələbəsi Jalə Məmmədova bildirib.
Proqramın 2020/2021-ci tədris ili qəbulu üzrə İnşaat mühəndisliyi ixtisasının II kurs tələbəsi J.Məmmədova öz təəssüratlarını bölüşüb və proqramın üstünlüklərindən danışıb.
Proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi