Cənubi Koreyada İDP çərçivəsində elektronika mühəndisliyi üzrə təlim

22 Yanvar 2024
Cənubi Koreyada İDP çərçivəsində elektronika mühəndisliyi üzrə təlim

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra edilən beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində professor-müəllim heyəti üçün Koreya (Cənubi) Respublikasında elektronika mühəndisliyi sahəsi üzrə təlim təşkil olunacaq.

 Koreyanın İnçon şəhərində 8 iyul-16 avqust 2024-cü il tarixlərində keçiriləcək təlimlərdə müvafiq meyarlara əsasən seçilən 10 nəfərin iştirakı nəzərdə tutulur. Sözügedən təlimlərə BMU ilə yanaşı, Azərbaycanın digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti də qoşula bilər.

 Qeyd edək ki, təlimlər BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı ilə yanaşı, İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professor-müəllim heyətinin bilik və bacarığını təlim iştirakçılarına çatdıraraq beynəlxalq layihənin uğurlu icrasını təmin etmək məqsədi daşıyır.

 Təlimlərlə bağlı daha geniş məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək mümkündür:

 https://beu.edu.az/az/announcement/bmu-inha-idp-cercivesinde-koreyada-elektronika-muhendisliyi-sahesi-uzre-telim-375

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər