BMU-İNHA İDP çərçivəsində Koreyada elektronika mühəndisliyi üzrə təlim

22 Yanvar 2024
BMU-İNHA İDP çərçivəsində Koreyada elektronika mühəndisliyi üzrə təlim

Bakı Mühəndislik Universiteti  və İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) əsas komponentlərindən biri professor-müəllim heyəti üçün Koreya (Cənubi) Respublikasında “Fakültə təlimi”nin keçirilməsidir.

Təlimin əsas məqsədi BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı təmin etmək, eyni zamanda Koreyanın İNHA Universitetinin təhsil təcrübəsini və təcrübəli professor-müəllim heyətinin bilik və bacarığını təlim iştirakçılarına çatdıraraq beynəlxalq layihənin uğurlu icrasına nail olmaqdır.

BMU-İNHA İDP üzrə professor-müəllim heyətinin təlimi üzrə ətraflı məlumat aşağıdakı kimidir:

1.   Təlim müddəti: 6 həftə (8 iyul-16 avqust 2024-cü il)

2.   Ezam olunma: təlim tarixindən 1-3 gün öncə

3.   Təlim yeri: İnçon şəhəri, Koreya Respublikası (Cənubi Koreya)

4.   Təlim dili: ingilis dili

5.   Təlimin həyata keçiriləcəyi ixtisas: Elektronika mühəndisliyi

6.   Ezam olunacaq professor-müəllim heyətinin sayı: 10 nəfər

7.   Professor-müəllim heyətinin seçim proseduru:

-      son müraciət tarixi: 30 mart 2024-cü il, saat 23:59;

-      ixtisas üzrə həm BMU-da, həm də Azərbaycanın digər ATM-lərində çalışan professor-müəllim heyəti cəlb edilə bilər;

-      ixtisas üzrə çalışan həm ştat, həm yarım ştat, həm də saat hesabı professor-müəllim heyəti cəlb edilə bilər;

-  professor-müəllim heyəti tərəfindən Azərbaycan və İngilis dillərində təqdim ediləcək sənədlər: CV, motivasiya məktubu, müraciət forması (sənədləri keçiddən yükləyə bilərsiniz).

-      seçim müddətində müraciətçilər ilə müsahibə və uyğun bilindiyi təqdirdə açıq dərslər həyata keçiriləcək;

-  maraqlanan namizədlər qeyd olunan sənədləri mövzu hissəsində mütləq şəkildə “Faculty Training 2024” göstərilməklə beu-inha@beu.edu.az elektron poçt ünvanına göndərməlidirlər;

-      seçim Komitə tərəfindən həyata keçirilir. Komitənin iclası və təlim üçün müraciətçilərin seçilməsi: 112 aprel 2024-cü il;

-  seçim mərhələsində digər ATM-lərdən müraciət edən professor-müəllim heyəti ilə xüsusi müqavilə bağlanacaqdır (təlimdən qayıtdıqdan sonra layihə çərçivəsində tədrisə cəlb olunmağa dair xüsusi iltizamnamə). Bundan əlavə, əsas iş yerindən səfər ilə bağlı icazə sənədi təqdim olunmalıdır.

8. Təlim xərcləri: təlim xərcləri “2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır (aviabilet, gündəlik ezamiyyə xərcləri: gecələmə və qidalanma, viza və tibbi sığorta xərcləri).

9.   Təlimdən sonrakı qiymətləndirilmə:

Koreya Respublikasında təlimdən sonra hər bir müəllim özünüqiymətləndirmə hesabatı və təcrübəyə əsaslanaraq İNHA Universitetindəki təlimin nəticələrini hansı formada BMU-İNHA İDP-də tətbiq edəcəyi barəsində planı təqdim etməlidir. Özünüqiymətləndirmə hesabatının forması əvvəlcədən həmin professor-müəllim heyəti ilə paylaşılacaq. Özünüqiymətləndirmə hesabatı hər müəllim tərəfindən birbaşa olaraq yazılmalı və təqdim edilməlidir.

BMU-İNHA İDP ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına, proqramın rəsmi Facebook, LinkedIn, Instagram səhifələrinə ünvanlamaq və ya (+99412) 349-99-66/67 (daxili: 2414) / (+99451) 215-57-34 zəng vurmaq və proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az və ya https://dp.edu.az linkinə daxil olaraq əldə etmək mümkündür.

 

Digər elanlar