“BMU-İNHA İDP-də tələbələrə verilən imkanlar və müəllimlərin peşəkarlığı mənim üçün xüsusi əhəmiyyətlidir”

19 İyul 2022
“BMU-İNHA İDP-də tələbələrə verilən imkanlar və müəllimlərin peşəkarlığı mənim üçün xüsusi əhəmiyyətlidir”

“BMU-İNHA İDP-də təhsil, tədris olun fənlər, tələbələrə verilən imkanlar və müəllimlərin peşəkar kadr olması mənim üçün xüsusi əhəmiyyətlidir”. Bu fikri BMU-İNHA ikili diplom proqramının (İDP) 2021/2022-ci tədris ili qəbulu üzrə İnformasiya Texnologiyaları ixtisasının I kurs tələbəsi Oruc Hümmətov bildirib.

İDP ilə bağlı təəssüratlarını bölüşən tələbə abituriyent olarkən, yalnız hədəflərinə uyğun təhsil müəssisəsi axtarışında olduğunu, məhz BMU-nun bu kriteriyalara cavab verdiyini qeyd edib. O. Hümmətov gələcək tələbələrə tövsiyələrini də verib: “Abituriyentlərə məsləhətim odur ki, keyfiyyətli təhsil, maddi-texniki bazası güclü və xaricdə təhsil imkanları yüksək olan təhsil müəssisəsi axtarırsınızsa, ikili diplom proqramına malik Bakı Mühəndislik Universiteti ən ideal universitetlərdən biridir”.

Proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ və ya http://ddp.beu.edu.az/az linklərinə daxil olaraq əldə etmək mümkündür.

Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını https://beu.edu.az/az/page/musahibeler-282/ linkindən izləmək olar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər