Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:
- Tələbələrlə iş üzrə mütəxəssis
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə beu-inha@beu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 06.10.2024-cü il
Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
Proqram artıq dörd ildir ki, BMU və Koreya Respublikasının inkişaf etmiş ən nüfuzlu ali təhsil ocaqlarından biri olan İNHA Universiteti ilə birgə həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən bakalavriat səviyyəsi üzrə icra olunan İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə keyfiyyətli kadr hazırlığı gerçəkləşdirilməkdədir.
3 il Azərbaycanda və 1 il Cənubi Koreyada oxumaqla, təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomu təqdim edilir.
BMU-İNHA İDP 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Tələbələrin tam təhsil haqqı, Cənubi Koreyada 1 illik təhsil xərcləri, Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri və habelə qeydiyyat xərci “2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır.
BMU-İNHA İDP haqqında daha ətraflı məlumat: