“Universiteti bitirdikdən sonra iş təkliflərinin sizi tapmağını istəyirsinizsə, BMU-İNHA İDP-ni seçin”

“Universiteti bitirdikdən sonra sizin iş arxasınca qaçmağınızı deyil, iş təkliflərinin sizi tapmağını istəyirsinizsə, BMU-İNHA İkili Diplom Proqramını seçin”. Bu fikri 2020/2021-ci tədris ili qəbulu üzrə BMU-İNHA İkili Diplom Proqramının (İDP) “Elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Sübahan Abdullayev bildirib.

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi İDP ilə bağlı təəssüratlarını dilə gətirən tələbə hələ abituriyent olduğu vaxtdan sözügedən proqramla maraqlandığını və internetdə axtarışlara başladığını deyib. Bununla əlaqədar rast gəldiyi məlumatları analiz edən S. Abdullayev tələbələrə bir çox üstünlüklər verən layihədə iştirak etmək üçün şansını dəyərləndirmək qərarına gəlib və seçimindən olduqca razı qalıb.

Belə ki, 3+1 modeli əsasında qurulan ikili diplom proqramına əsasən, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlar. Nəhayət, 4 ilin sonunda tələbələr iki diplom əldə edəcəklər. “Tələbələr bu şansların heç birini digər universitetlərdə qazana bilməzlər. Çünki buna yüksək vəsait və uzun zaman tələb oluna bilər”- deyə o bildiribş

Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.

Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.