Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq istəyənlər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir.
| № | İxtisasın adı | Azərbaycan bölməsi | İngilis bölməsi | |
|---|---|---|---|---|
| əyani | qiyabi | əyani | ||
| 1 | Dekorativ - tətbiqi sənət (bədii keramika, süsə, xalça, bədii toxuculuq) | + | ||
| 2 | Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı, geyim dizaynı) | + | + | |
| 3 | Beynəlxalq ticarət və logistika | + | + | |
| 4 | Biznesin idarə edilməsi | + | + | + |
| 5 | Dövlət və bələdiyyə idarəetməsi | + | + | |
| 6 | İqtisadiyyat | + | + | + |
| 7 | Maliyyə | + | + | + |
| 8 | Marketinq | + | + | |
| 9 | Mühasibat | + | + | + |
| 10 | Biotexnologiya | + | ||
| 11 | Fizika | + | ||
| 12 | Kimya | + | + | |
| 13 | Kompüter elmləri | + | + | |
| 14 | Riyaziyyat | + | ||
| 15 | Data analitikası | + | ||
| 16 | Ekologiya mühəndisliyi | + | + | |
| 17 | Elektrik və elektronika mühəndisliyi | + | + | |
| 18 | Energetika mühəndisliyi | + | ||
| 19 | İnformasiya texnologiyaları | + | + | |
| 20 | İnformasiya təhlükəsizliyi | + | + | |
| 21 | İnşaat mühəndisliyi | + | ||
| 22 | Kimya mühəndisliyi | + | + | |
| 23 | Kommunikasiya sistemləri mühəndisliyi | + | ||
| 24 | Kompüter mühəndisliyi | + | + | |
| 25 | Qida mühəndisliyi | + | ||
| 26 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | + | + | |
| 27 | Maşın mühəndisliyi | + | ||
| 28 | Mexanika mühəndisliyi | + | + | |
| 29 | Mexatronika və robototexnika mühəndisliyi | + | ||
| 30 | Memarlıq | + | + | |
| 31 | Nəqliyyat mühəndisliyi | + | ||
| 32 | Nəqliyyat tikintisi mühəndisliyi | + | ||
| 33 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi | + | + | |
| 34 | Radiotexnika və telekommunikasiya mühəndisliyi | + | ||
| 35 | Sənaye mühəndisliyi | + | + | |
| 36 | Şəhərsalma | + | ||
| 37 | Şərabçılıq | + | + | |
| 38 | Nəqliyyatda servis (Avtomobil nəqliyyatı üzrə) | + | + | |
| 39 | Turizm işinin təşkili | + | ||
Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyininhttps://portal.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri portala yükləyərək müraciət göndərməlidir:
- ali təhsil haqqında sənəd (diplom və ona əlavə pdf, jpg formatında),
- xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə (pdf, jpg formatında);
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.