Tədris hissəsi universitetdə tələbə kontingenti ilə əlaqəli aşağıdakı funksiyalarıhəyata keçirir:
Universitetə yeni qəbul olan tələbələrin elektron sistemə qeydiyyatının aparılması və tələbələrin şəxsi işinin formalaşdırılması;
Tələbə biletinin hazırlanıb tələbələrə təqdim olunması;
Tələbələrin universitetə qəbulu, xaric olunması, akademik məzuniyyət verilməsi, soyadın dəyişilməsi, təqaüd verilməsi, xaric olmuş tələbələrin yenidən bərpası, köçürülməsi və məzun olması haqqında müxtəlif əmrlərin hazırlanması;
Tələbə əmrlərinin universitetin “Elektron Məlumat Sisteminə” (EMS) işlənməsi, tələbələrin şəxsi işinə tikilməsi;
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə işin təşkili, tələbələr barədə tələb olunan bütün məlumatların sistemə daxil edilməsi;
Məzunların diplomlarının Təhsil Nazirliyindən alınması, yazılıb imzaladılması, qeydiyyat kitabına salınması və məzunlara verilməsi;
Məzunlar haqqında məlumatların Təhsil Nazirliyinin “Təhsilin idarə olunmasının məlumat sisteminə”nə daxil edilməsi;
Tələbələrə arayış və transkriptlərin verilməsi;
Tələbə kontingenti barədə statistikaların hazırlanması;
İmtahan sessiyasının nəticəsi barədə hesabatın hazırlanması;
Tələbə kontingenti ilə bağlı məktublara cavab hazırlanması.