Bakı Mühəndislik Universitetində (BMU) fəaliyyət göstərən Teatrsevərlər Klubu tələbələrin şəxsi və sosial inkişafında xüsusi rol oynayır. Bu kluba cəlb olunan tələbələr Azərbaycanın milli və tarixi teatr ənənələrinə uyğun olaraq zəngin sənət biliklərinə yiyələnirlər.

       Tələbələr müxtəlif rol və obrazları təmsil etmək üçün daimi təlimlər alırlar. Təlimlərin nəticəsində klubun üzvləri universitetin tədbirlərində, bayram və şənliklərində çox maraqlı və əyləncəli səhnəciklər nümayiş etdirir və çox bəyənilirlər. Yüksək peşəkarlıqla təşkil olunmuş Teatrsevərlər Klubu BMU-nu universitetxarici tədbir və yarışmalarda da uğurla təmsil edir.