.jpg)
Kafedra Müdiri
Ümumi fənlər kafedrası 2016-cı ildən BMU-da fəaliyyət göstərir. Kafedramızda 1 professor, 5 dosent, 2 baş müəllim, 1 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Fakültələr üzrə bakalavr səviyyəsində azərbaycan tarixi, mülki müdafiə, politologiya, fəlsəfə, sosiologiya, multikulturalizmə giriş, etika və estetika fənləri tədris olunur. Magistr səviyyəsi üzrə azərbaycan multikulturalizmi və fəlsəfə fənləri tədris olunur. Kafedranın tədris etdiyi Azərbaycan tarixi fənni vətənimizin tarixi, ərazisi, əhalisi, onların etnik tərkibi , dil mənsubiyyəti və zəngin mədəniyyətə malik olması, Azərbaycan xalqının təşəkkül tapması və formalaşması erkən dövlətçilik ənənələrinin yaranmasından başlayaraq dövlət müstəqilliyinin yenidən bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi suveren Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində inkişafı tarixi önəmli yer tutur. Həmçinin mülki müdafiə fənni fövqəladə hallar zamanı gənclərə davranış qaydalarının mənimsənilməsi öyrədilir. Sosiologiya fənninin tədrisi cəmiyyətin inkişafı, sosial həyatın gündəlik qarşılıqlı əlaqələri, informasiya vasitələrinin təsiri, tələbə gənclərin müasir, sosial-mədəni, sosial-iqtisadi problemlərin araşdırılmasına köməklik edir. Fəlsəfə fənninin tədrisində tələbələrin ümumi dünyagörüşünün formalaşması həyata keçirilir. Politologiya fənninin tədrisi zamanı tələbə gənclərin müasir cəmiyyətdə siyasi proseslər haqqında məntiqi fikirləri və siyasi təfəkkürü formalaşdırır. Multikulturalizmə giriş fənninin tədrisi zamanı Azərbaycan Respublikasının rəsmi, siyasi modeli kimi multikulturalizmin tarixi və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində aparılan siyasət yer alır.
Ümumi fənlər kafedrasının əməkdaşları mütəmadi olaraq elmi seminarlar, kitab təqdimatları, görüşlər, dəyirmi masalar və s. tədbirlər keçirirlər.