Bakı Mühəndislik Universitetinin (BMU) Şahmat Klubu universitet yarandığı gündən fəaliyyət göstərir. Klubun əsas məqsədi şahmatla məşğul olmaq istəyən tələbələr üçün şərait yaratmaq və şahmat oyununun faydalarını tələbələr arasında təbliğ etməkdir.

     Şahmat Klubunun fəaliyyəti çoxşaxəlidir. Klub şahmat öyrənmək istəyən tələbələr üçün şahmat dərsləri təşkil edir. Əlavə olaraq universitetdaxili şahmat yarışmaları təşkil edərək tələbələrin şahmata olan marağını daha da artırır. Klub, eyni zamanda, BMU-nu universitetlərarası şahmat yarışmalarında təmsil edir və uğurlar qazanır.