Zeynalov Mikayıl Gəray oğlu

MikayilZeynalov
MikayilZeynalov

Bölmə::

Vəzifə:

E-mail:

PROREKTORLUQ (Maliyyə işləri üzrə)

Prorektor

mzeynalov1@beu.edu.az

Təhsil

  • Doktorantura 28-JUN-13, Azəbaycan Respublikası Ali Attestasiya Komissiyası Hüquq üzrə fəlsəfə doktoru. Diplom FD 08202
  • Magistratura 10-JUL-03, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dövlət və bələdiyyə idarəetməsi. Diplom AB-I 083566
  • Bakalavriat, Moskva Dövlət Sosial Universiteti Hüquqşunas. Diplom ДВС 0512207

Tərcümeyi-hal

Zeynalov Mikayıl Gəray oğlu 06.02.1970-ci ildə anadan olub. 1988-1990- cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1992-ci ildə Bakı Maliyyə İqtisad Kollecini, 2000-ci ildə Moskva Dövlət Sosial Universitetini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantı olub. 2011-ci ildə “Dövlət hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqələrinin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Müxtəlif vaxtlarda Çində, Avstriyada, Rusiyada, Belarusiyada, Litvada, Amerika Birləşmiş Ştatlarında qısa müddətli ixtisasartırma kursları və təcrübə mübadiləsi proqramlarında iştirak edib. Respublikamızda və xarici ölkələrdə dərc olunmuş elmi jurnallarda bir sıra elmi məqalələri dərc olunub. 1992-ci ildən Bank sektorunda böyük mühasib, baş iqtisadçı, baş təftişçi vəzifələrində çalışıb. 1993-94-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən Beyləqanın müdafiəsi və Füzuli rayonunun 22 kəndinin, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından təmizlənməsində fəal iştirak edib. 1994-cü ilin aprel ayının 21-də Horadiz kəndi yaxınlığında gedən döyüşdə yaralanıb. 1997-2009-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli idarələrində məsləhətçi, şöbə müdiri, sektor müdiri vəzifələrində çalışıb. 2009- 2014-cü illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin aparatında böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2014-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi məsələlər üzrə prorektoru vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. YAP Qaradağ rayon təşkilatının 1993-cü ildə ilk təsis Konfransının üzvü olmuş və həmin tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.