
Müstəqillik qazandıqdan sonra özünə yeni iqtisadi inkişaf yolu seçmiş Azərbaycan Respublikasının dövlət və özəl sektorları üçün mühəndis kadrlarının hazırlanması mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələri ilə qurulan iqtisadi əlaqələr, beynəlxalq əhəmiyyətli müqavilələrin bağlanması, yeni texnologiyaların sürətli inkişafı, özəl strukturların genişlənməsi, yeni istehsalat müəssisələrinin açılması və s. bu kimi faktorlar mühəndislərə öz ixtisaslarını təkmilləşdirmək və inkişaf etdirmək zərurətini yaradır. Bu səbəbdən Mexanika Mühəndisliyi kafedrası Bakı Mühəndislik Universiteti Mühəndislik Fakültəsi nəzdində fəaliyyətə başlamışdır.
Kafedrada ilk olaraq “Mexanika mühəndisliyi” (şifr-050630) ixtisası üzrə mühəndis kadrlar hazırlanmağa başlanmış və 2017/2018 tədris ilinə qədər sadəcə İngilis dilində tədris prosesi aparılmışdır. 2017/2018 tədris ilindən etibarən kafedrada “Mexanika mühəndisliyi” ixtisası üzrə Azərbyacan dilində də tədris fəaliyyətinə başlanılmışdır. Həmin tədris ilindən başlayaraq kafedra nəzdində “Maşın mühəndisliyi” (şifr-050612) və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (şifr-050628) ixtisasları üzrə də mühəndis kadrların hazırlanmasına başlanılmışdır. Eyni zamanda kafedrada “Mexanika mühəndisliyi” (şifr-060630) ixtisası “Maşın və mexanizmlər nəzəriyyəsi” ixtisaslaşması üzrə magistr və “Deformasiya olan bərk cisimlər mexanikası” (şifr-2002.01) istiqaməti üzrə texnika üzrə fəlsəfə doktoru hazırlığı aparılmaqdadır.
Kafedranın məqsədi
Kafedranın qarşıya qoyduğu əsas məqsəd nəzdində fəaliyyət göstərən ixtisaslarda öz ixtisasını dərindən bilən, özünü daim təkmilləşdirən, heç olmazsa bir xarici dil bilən və dünyəvi dəyərlərə sahib olan mühəndis kadrların hazırlanmasında Respublika təhsil sisteminə yaxından köməklik göstərməkdir. Tələbələrimizə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət standartlarını əsas götürərək, dünyanın qabaqcıl universitetlərinin tədris proqramlarına uyğun şəkildə hazırlanmış tədris planları əsasında Azərbaycan və İngilis dillərində təhsil verilir.
Kafedranın fəaliyyət istiqamətləri
Kafedrada “Mexanika mühəndisliyi”, “Maşın mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təlim, tərbiyə və elmi tədqiqat fəaliyyətləri aparılmaqdadır
Kafedranın akademik heyəti
|
Kafedra müdiri: |
t.f.d. dosent Mirzəyev Hüseyn İbrahim oğlu |
|
Dosent |
t.f.d. Şirzadov Fərhad Məhəmməd oğlu |
|
Dosent |
t.f.d. Nadirov Uğurlu Məhəmməd oğlu |
|
Assistent |
Həsənli Ayşən Tahir qızı |
|
Assistent |
Hüseynov Orxan Sabir oğlu |
|
Assistent |
Həsənov Seymur Sədrəddin oğlu |
Kafedranın xarici əlaqələri
Kafedranın professor-müəllim heyəti Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Rusiya və Türkiyənin bir sıra universitetlərinin alimləri ilə əlmi tədqiqat işləri yerinə yetirməktədirlər.
Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu
Kafedranın tələbələrinin nəzəri biliklərin yanında praktiki biliklərə də daha dərindən yiyələnmələri üçün respublikada fəaliyyət göstərən bir sıra istehsalat müəssisələrində texniki gəzintilər və təcrübələr təşkil olunmaqdadır.
Kafedranın maddi-texniki bazası (laborotoriyaları)
Kafedranın nəzdində 12 adda yüksək təchizatlı laboratoriya fəaliyyət göstərməktədir. Bu laboratoriyalar aşağıdakılardan ibarətdir.
Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti
Kafedrada fəaliyyət göstələn laboratoriylarda professor-müəllim heyətinin rəhbərliyi ilə tələbələrimiz müxtəlif layihələr həyata keçirirlər. Tələblərimizin hazırlamış olduğu layihələr müxtəlif tədbirlərdə sərgilənməktədir.
Bundan başqa tələbələrimiz “Mexanika mühəndisliyi” tələbə dərnəyi başda olmaqla müxtəlif sosial klublara üzvdürlər və universitetimizin sosial ictimai tədbirlərində yaxından iştirak edirlər.